"Neftçi"nin oyunçusunun gözü indi bu iki klubdadır

13 May 2021 15:00 Neftçi 8 595
"Neftçi"nin oyunçusunun gözü indi bu iki klubdadır

«Neftçi»nin müdafiəçisi Anton Krivotsyuk karyerasını başqa bir klubda davam etdirə bilər.

Sportinfo.az-ın məlumatıına görə, menecerlər onun xidmətini Premyer Liqanın 2 təmsilçisinə təklif eləyib.

Lakin «Qarabağ» və «Sabah» milliləşdirilən ukraynalının transferi ilə bağlı danışıqlara başlamayıb. Səbəb hər iki komandanın mövsümün sonunu gözləmək istəməsidir.

Antonun «Neftçi» ilə sözləşməsi bitmək üzrədir. Onun üzərində dayandığı illik məbləğ 150 min dollardır.

«Neftçi» başbilənləri isə bu vəsaiti ödəməyə tələsmir. Hər halda yığmanın üzvünə qiymət məsələsində yekun qərar verməsi üçün zaman tanınıb. Məqsəd Krivotsyukun güzəştə gedib-getməyəcəyini dəqiqləşdirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti