Ukraynalı müdafiəçi "Neftçi"nin ilk təklifi ilə razılaşmadı, 150 min istədi

11 May 2021 13:00 Neftçi 1 454
Ukraynalı müdafiəçi "Neftçi"nin ilk təklifi ilə razılaşmadı, 150 min istədi

«Neftçi» Anton Krivotsyuka yeni müqavilə təklif edib.

Paytaxt təmsilçisi mövcud sözləşməsi gələn ay başa çatacaq milliləşdirilmiş müdafiəçi ilə 2+1 illik kontrakt bağlamaq niyyətindədir.

Lakin klub rəhbərliyinin irəli sürdüyü son şərtlər yığmanın üzvünü razı salmayıb. Bir neçə ildir ağ-qara formanı geyinən ukraynalının tələbləri daha yüksəkdir.

Onun üzərində dayandığı illik məbləğ 150 min dollardır. «Neftçi» başbilənləri isə bu vəsaiti ödəməyə tələsmir. Hər halda Antona qiymət məsələsində yekun qərar verməsi üçün zaman tanınıb.

Məqsəd Krivotsyukun güzəştə gedib-getməyəcəyini dəqiqləşdirməkdir. Çünki onlarda belə bir məlumat var ki, 22 yaşlı müdafiəçi ilə Premyer Liqanın başqa təmsilçiləri ilə maraqlanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu