"Neftçi"də söhbət oldu, son nöqtə qoyuldu: "Müqavilən uzadılmayacaq"

10 May 2021 13:00 Neftçi 2 089
"Neftçi"də söhbət oldu, son nöqtə qoyuldu: "Müqavilən uzadılmayacaq"

Mövsüm sonunda «Neftçi»dən ayrılacaq ilk futbolçunun kimliyi dəqiqləşib.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, rəhbərlik Stiven-Jozef Monrozla görüşüb.

Fransalı hücumçunun diqqətinə çatdırılıb ki, onunla müqavilənin müddəti uzadılmayacaq. Bu qərar həm nizam-intizam sarıdan yaşadığı problemlər, həm uzunmüddətli zədələrlə üzləşməsi, həm də maaşının yüksək olmasıyla əlaqələndirilib.

Monroz «Neftçi»yə 2 il öncə gəlib. «Qəbələ»ni paytaxt təmsilçisinə dəyişən legioner bununla komandanın ən bahalı transferi statusuna yiyələnib. Onun illik əməkhaqqısının 250 min dollar təşkil etməsi söylənilir.

Bu bir yana, Monroz ondan gözlənilən performansı sərgiləmədi. Tez-tez sıradan çıxdı və hər dəfə xeyli müddət yaşıl sahələrdən kənar qaldı. Düzdür, son vaxtlar 2 qol vurub, amma Keysuke Hondanın gəlişi fonunda bu, o qədər də nəzərə çarmır.

Samir Abasov fransızı göndərməyə sövq edən səbəblərin başında həm də Kamran Quliyev gəlir.

Klub prezidenti «Səbail»lə bundan əvvəlki qarşılaşmada onu hörmətdən salan jesti ilə gündəmə gələn Monrozu bağışlamayıb. Qol vurduqdan sonra üzünü tribunaya tutaraq, «eynək» işarəsi göstərən forvard indi bu hadisənin «altını çəkir».

Digər Xəbərlər
Xəbər Lenti