AFFA səni sevir, kef elə, Samir Abasov! - VİDEO

9 May 2021 11:40 Neftçi 2 112
AFFA səni sevir, kef elə, Samir Abasov! - VİDEO

AFFA Apellyasiya Arbitraj Tribunalı dünən günorta saatlarında klubların şikayətinə baxıb.

Tribunal “Neftçi”nin apellyasiya şikayətini təmin etməyib. AFFA İntizam Komitəsinin Samir Abbasovla bağlı qəbul etdiyi 2 oyunluq diskvalifikasiya qərarı yenidən baxılması üçün geri göndərilib.

Söhbət Azərbaycan Premyer Liqasında XXIV turun "Sabah" - "Neftçi" oyununda (2:2) baş verənlərdən gedir. Qonaqların baş məşqçisi Samir Abasov 2 oyunluq cəzaya, klub 4000 manat cəriməyə məruz qalıb.

Buna onun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.

Arbitraj Tribunalının qərarlarını açıqlamasından bir neçə sonra "Neftçi" Bayılda «Səbail»in qonağı oldu. Abasov "Keşlə" ilə ötən matçda olduğu kimi, bu dəfə də ehtiyat skamyanın arxasındakı tribunanın ən aşağı qatında öz yerini tutdu.

Əslində, «Neftçi» rəhbərliyinin məqsədi 4000 manat cərimənin ləğvinə, bu da alınmasa, azaldılmasına nail olmaqdır. Yoxsa Abasovun texniki zonada yer almaması o qədər də önəm daşımır.

Stadion boş, tribuna da ehtiyat skamyanın düz arxasında - narahatlığa nə əsas var? Həmişəki ampluasındadır: yenə qışqırıb-bağırır, futbolçulara və köməkçilərinə təlimat verir, bir sözlə, komandasının oyununu idarə edir.

Dördüncü hakim və AFFA nümayəndəsi də ona heç nə demir, ağızlarına su alır, göz yumurlar. Başqa klubun baş məşqçisi deyil axı o. Abasov AFFA-nın min bir vəchlə çempion eləmək istədiyi «Neftçi»ni çalışdırır.

«X» bir komandanın sükançısı bu cür davransaydı, ona belə güzəşt etməz, cəzasının daha da ağırlaşdırılması üçün AFFA-ya ikinci, hətta üçüncü raportu da yazardılar.

Ögey-doğmalıq, bax, bu kimi incə məsələlərdə də özünü göstərir. AFFA-nın sevimli məşqçisi oldunsa, hakimi söyə də, təzyiq göstərə də bilərsən.

Rəqib futbolçuları aşağılasan və digərlərinin üstünə hücum çəksən də, yüngülvari cəza ilə canını qurtaracaqsan.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"