Emin Mahmudov kimə və niyə gülüb? - VİDEOSÜJET

7 May 2021 16:20 Neftçi 1 188
Emin Mahmudov kimə və niyə gülüb? - VİDEOSÜJET

Azərbaycan Premyer Liqasının XXV turunda Bakı derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Neftçi” səfərdə “Keşlə”nin qonağı olub.

Samir Abasov cəzalı olduğu üçün meydana baş məşqçisiz çıxan "Neftçi" 3 xalı 3 cavabsız qolla əldə edərək, liderliyə yüksəlib.

"Ağ-qaralar"ın yaponiyalı yarımmüdafiəçisi Keysuke Honda ikinci hissədə fərqlənməklə, Premyer Liqada qol hesabını açıb. "Keşlə" isə doğma arenasında böyük hesabla uduzaraq, bürünc medal şansını rəsmən itirib.

“Neftçi”TV bu matça aid videosüjet hazırlayıb. Burada bir məqam diqqət çəkib. Belə ki, kapitan Emin Mahmudov sayğı duruşu zamani gülüb.

Görəsən, kimə, niyə və nəyə?

Digər Xəbərlər
Xəbər Lenti