"Neftçi"nin yeni siması: "Mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm"

6 May 2021 17:00 Neftçi 140 721
"Neftçi"nin yeni siması: "Mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm"

"Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində şəxsi keyfiyyətləri barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyir: "Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm".

Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb

Digər Xəbərlər
Xəbər Lenti