“Neftçi” bahalı legionerlər alır – SOCAR RAZILIQ VERDİ

5 May 2021 16:00 Neftçi 1 891
“Neftçi” bahalı legionerlər alır – SOCAR RAZILIQ VERDİ

SOCAR “Neftçi”nin transfer büdcəsini artırmağa razılıq verib.

Sportinfo.az bu barədə məlumatı klubdan əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, neft şirkəti yayda səviyyəli yeni futbolçuların alınmasına köməklik göstərəcəyinə söz verib.

Burada qiyməti minimum 250-300 min dollar olan legionerlərdən danışılır.

Samir Abasovun yeni mövsümdə də «Neftçi»də qalması üçün irəli sürdüyü şərtlərdən birini yaxınlarda açıqlamışdıq. Bildirmişdik ki, ötən ilin noybrından burada fəaliyyətə başlayan mütəxəssis minimum 5 transfer istəyib.

Qeyd etmişdik ki, onun üzərində ən çox dayandığı mövqe hücumdur. Çalışdırıcı irəli xəttə 2 legionerin alınmasını tələb edib.

Abasov həmçinin müdafiənin sol, yarımmüdafiənin sağ cinahına əcnəbi futbolçuların gətirmyi planlaşdırır. Baş məşqçi mərkəz müdafiəçisi transfer etməyin tərəfdarıdır.

S.Abasov düşərgəyə gələcək legionerləri yalnız özünün seçəcəyinə dair şərt irəli sürüb.

Digər Xəbərlər
Xəbər Lenti