"Samir Abasov bu səbəbdən "Neftçi"ni tam idarə edə bilmir"

29 Aprel 2021 22:20 Neftçi 1 639
"Samir Abasov bu səbəbdən "Neftçi"ni tam idarə edə bilmir"

"Neftçi"nin çempionluq şansları hələ də qalır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında təcrübəli mütəxəssis Novruz Əzimov deyib.

Bir vaxtlar "Neftçi"də də çalışan Əzimov eyni problemlərin komandada hələ də qaldığı qənaətindədir: "Neftçi"nin daxilində nələrsə baş verir. Amma xəbərsiz olduğum üçün nəsə deyə bilmərəm. Nəsə çatışmamazlıqlar var. Ona görə də "Neftçi" stabil çıxış edə bilmir.

"Neftçi"yə 5 ildən sonra ilk medalları 2017-2018 mövsümündə Tərlan Əhmədov qazandırdı. Həmin dönəm "Qarabağ"ı səfərdə 1-0 udanda belə bir söz işlətmişdim ki, rəhbərlik bu qələbəyə sevinmədi. Doğurdan da sevinməmişdilər. Ceyhun Sultanov həmin vaxt Tərlan Əhmədovun getməyinə çalışdı. Bizim qalmağımız onlara sərf etmirdi. Amma "Neftçi" üçün bir yol açılırdı. Komanda ruhu gəlmişdi.

Düzəltmək dağıtmaqdan çətindir. Biz nələrisə düzəltmişdik. Amma kimlərinsə şəxsi maraqları ön plana çıxdı. Getdilər Bordini gətirdilər. Sonra Füzuli Məmmədov oldu. İndində Samir Abasovdur. Hələki komanda o gücdə deyil. Futbolda təsadüf olmur. Bəzi adamlar bunu hələ də belə bilmir. Hər şeyin dərində kökü, səbəbi var. 3 il əvvəl də demişdim ki, futbol kimin üçünsə əylənmək, vaxt keçirməkdisə, bizim üçün bir elmdir. Tahir Süleymanov yazır ki, analiz eləmək lazımdır. Çox doğru yazır".

61 yaşlı mütəxəssis Samir Abasovun komandanı idarə edə bilmədiyini bildirib: "Neftçi"də oturuşmuş sistem yoxdur. Samir Abasovun son açıqlamaları da göstərdi ki, daxildə problem var. Samir Abasova hər bir səlahiyyət verilib, amma tam idarə edə bilmir. Bunun da səbəbi odur ki, onun istəmədiyi adamlar komandaya götürülüb. Ad çəkmək düzgün deyil, amma mən konkret danışacam. Ahmed Ahmedov onun istədiyi adam deyil. Honda sözsüz ki, təcrübəlidir. Amma hazırkı formasından belə gördüm ki, çətin komandaya kömək eləyə bilə.

"Neftçi"sona kimi sözsüz ki, mübarizə aparacaq. Amma "Qarabağ" daha oturuşmuş komandadır. Orda həm rəhbərlik, məşqçilər korpusu və bütün texniki heyət eyni nöqtəyə vurmağı bacarır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!