"Neftçi" xarici klubdan kimi icarəyə götürmək istəyir?

28 Aprel 2021 19:00 Neftçi 1 329
"Neftçi" xarici klubdan kimi icarəyə götürmək istəyir?

«Neftçi» bir neçə ildir Çexiyada legioner həyatı yaşayan Fərid Nəbiyevi Azərbaycana qaytarmağa çalışır.

Bakılılar «Qəbələ»nin yetirməsi olan yarımmüdafiəçini «Viktoriya»dan icarəyə götürmək niyyətindədir.

U-21 yığmamızın üzvünün Jirkov təmsilçisi ilə sözləşməsi gələn ilin yayına qədərdir.

Fəridin özü də birinci liqa klubunda çox qalmağı arzulamır. Hər halda daha iddialı komandada çıxış etmək fikri var.

Çexiyada ilk olaraq «Slaviya»nın formasını geyinmiş Nəbiyev yerli yüksək liqadan təklif almasa, yəqin ki, yolunu «Neftçi»dən salacaq. Necə də olmasa, «ağ-qaralar»ın ona marağı ciddidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi