Samir Abasovun şikayəti - Kim mənə xal verəcək?

28 Aprel 2021 09:40 Neftçi 859
Samir Abasovun şikayəti - Kim mənə xal verəcək?

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"la oyundan sonra…

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Dedi, gəlin, bir olaq
Sürüşüb yıxılmayaq.

Sözdə imiş deyimlər
Səbr et, gör, nə deyiblər?
Yalanlar geyiniblər
Hırıldayıb gülüblər.

Bunlara bax, sən Allah
Baş aldadırlar, vallah
Qarşına çıxar sabah
Həqiqət olar agah.

Geyiniblər qırmızı
Rəqib alır qırmızı
Deyinirlər mız-mızı
Sifət də qıpqırmızı.

Elə bildilər oddu
Yandılar, kül də oldu
Bağda ərik də boldu
Yedilər, bəsdi, sondu.

Pafos-mafos bilmirəm
Danışığımı bilmirəm
Deyirlər, eşitmirəm
Ağıllı ola bilmirəm.

Sabah nə baş verəcək?
Kim mənə xal verəcək?
Azarkeş də gələcək
Hay-küy keçmir, biləcək.

Yıxıldı birdən-birə
Dəydi üz üstə yerə
Ağac ucalar göyə
Bar verib baxar yerə.

Günləri oldu qara
Əsas odu, var para
Bir az da keçsin ara
Çıxacaqlar bazara.

Dostlar olmadı dayaq
Cərimə verdilər bayaq
Olmayanda qanacaq
Verəcəklər badalaq.

Ağ-qaranın günləri
Qara olub günləri
Göstərərlər hünəri
Qayıdar ağ günləri.

Sabah günəş də doğar
Buzlar da buxarlanar
Niyyətlər üzə çıxar
Ədalət zəfər çalar.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti