Davakar baş məşqçisi diskvalifikasiya olundu, “Neftçi” 4000 manat "tərlədi"

27 Aprel 2021 15:10 Neftçi 1 128
Davakar baş məşqçisi diskvalifikasiya olundu, “Neftçi” 4000 manat "tərlədi"

“Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum bugünkü iclasında mütəxəssisin Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyunundan sonrakı hərəkətlərini müzakirə edib.

Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, üstəlik mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə cəzaya layiq görülüb. O, 2 oyun diskvalifikasiya edilib. “Neftçi” 4000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"