"Neftçi" legionerindən gələn bu xəbərə çox məyus oldu

17 Aprel 2021 17:20 Neftçi 1 026
"Neftçi" legionerindən gələn bu xəbərə çox məyus oldu

"Neftçi" bu gün "Zirə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XXIII tur matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub televiziyasına "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.

O bildirib ki, sol cinah müdafiəçisi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub.

Bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 20:15-də başlayacaq. Zöhrablının sözlərinə görə, hazırda onun vəziyyəti sabit olsa, meydana çıxma ehtimalı yoxdur:

"Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir".

Digər Xəbərlər
Xəbər Lenti