"Neftçi"nin "göz bəbəyi" - Avropadan təkliflərim var

13 Aprel 2021 17:40 Neftçi 2 812
"Neftçi"nin "göz bəbəyi" - Avropadan təkliflərim var

«Neftçi»nin legioneri Sabir Buqrin yeni təkliflər gəlib.

Belçikalı yarımmüdafiəçi bu barədə klub rəsmilərinə bildirib.

Ötən yaydan etibarən, paytaxt təmsilçisinin şərəfini qoruyan legioner Avropanın bir sıra ölkələrindən dəvətlər aldığını söyləyib.

1996-ci il təvəllüdlü futbolçunun «Köhnə dünya»dan onunla maraqlananların olmasını dilə gətirməsi təsadüfi deyil. baakılılar sözləşməsi gələn ilin yayında bitəcək Sabirin müqaviləsini indidən uzatmaq niyyətindədir.

Bu məqşədlə artıq ona 3 illik yeni kontrakt təklif olunub. «Neftçi»yə kimi Lüksemburqda «Düdelanj»ın şərəfini qorumuş Buqrin öncəliyi Avropa klublarına verəcəyini gizlətməyib.

Ancaq onun burada qalması da mümkündür. Əlbəttə, bu, istəyəcəyi məbləğin qarşılanıb-qarşılanmamasından asılıdır.

Sabirin ağlınının ucundan keçən bir rəqəm var. Hələlik isə onun ağ-qara formayla qazandığı aylıq vəsait 7000 dollardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti