“Neftçi” Hondanı göndərəcək və...

12 Aprel 2021 11:40 Neftçi 2 743
“Neftçi” Hondanı göndərəcək və...

Honda “Neftçi”yə gələndə nəinki klub rəhbərləri, azarkeşlər, hətta bəzi çox-çox “peşəkar” jurnalistlər də eyforiyada idilər.

Hesab edirdilər ki, ulduzlar sistemində dəyişiklik baş verəcək, pandemiya bitəcək, əhli-Yaponiya Azərbaycana axın edəcək, “Neftçi” bütün rəqiblərini çiləyəcək və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Ulduzlar sistemində dəyişiklik məşriq üçün uyğun olacağı təqdirdə isə “Neftçi”nin ÇL-in qalib olmaq şansı da vardı. Nöşün ki, Honda Azərbaycana məşriqdən varid olmuşdu.

Amma sən saydığını say, gör ulduzlar nə sayır. Honda gələndən sonra “Neftçi” qələbə qazana bilməyib. Bundan bərk əndişələnən klub rəhbərləri üz tutublar cadugər yanına.

Hərgah, “Neftçi” rəhbərliyi onu astroloq adlandırır. Hə, “Neftçi”nin astroloq, bizim isə cadugər bildiyimiz adam rəml atıb, fala baxıb və bildirib ki, Honda “Neftçi”yə uyğun vaxtda transfer edilməyib.

Həmin vaxt ulduzlar sistemində düzülüş məşriqin əleyhinə olub. Honda məşriqdən – yəni gündoğandan olduğu üçün işləri tərs gətirir. O cümlədən, “Neftçi”nin də.

“Neftçi” rəhbərliyinin astroloq, bizim isə cadugər dediyimiz zat təklif edib ki, Honda ilə müqaviləyə xitam verilsin.

Bu zat ulduzlar sistemindəki düzülüşü izləyəcək və məşriq üçün uyğun vaxt gələndə “Neftçi” rəhbərliyini məlumatlandıracaq. Həmin vaxt onlar da Hondanı yenidən transfer edəcəklər. “

Neftçi” rəhbərliyinin astroloq, bizim isə cadugər dediyimiz zat bildirib ki, bundan sonra işlər yağ kimi gedəcək.

“Neftçi” rəhbərliyinin astroloq, bizim isə cadugər dediyimiz zat İrandan varid olub Azərbaycana. Onun İrandakı ləqəbi “Həmədan lotusu”dur.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti