Tərlan Əhmədovun burada nəfsi qalıb, bazada təmizlik aparın!

11 Aprel 2021 19:00 Neftçi 833
Tərlan Əhmədovun burada nəfsi qalıb, bazada təmizlik aparın!

“Keşlə”nin Premyer Liqada qələbə həsrəti bu gün 12 oyuna çatdı.

Zirədə eyniadlı komandanın qonağı olan sabiq «bankirlər» qolsuz heç-heçəyə imza atdı.

Maraqlıdır ki, istər məşqçilər, istərsə də futbolçular qalibiyyətsiz oyunlar seriyasının uzanmasının səbəbini özlərində görmür. Onlar duşdükləri uğursuzluq zolağını futboldankənar amillərlə əlaqələndiriblər.

Bu məqqsədlə klub rəhbərliyinə müraciət edən kollektiv üzvləri «ASK Arena»da – həm baza, həm də stadionda təmizlik işlərinin aparılmasını istəyib.

Söhbət nə kimi təmizlik işlərindən gedir? Aha, deməli belə… «Keşlə»lilər pis ruhların mövcudluğuna inanır və hamı bu fikirdədir: Tərlan Əhmədovun burada nəfsi qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti