"Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram" - FOTOLAR

11 Aprel 2021 11:00 Neftçi 440
"Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram" - FOTOLAR

Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, XXII turun ilk oyunu Qəbələdə baş tutub.

“Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşıb. “Qırmızı-qaralar” ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib.

Baş məşqçi Elmar Baxşıyev Kamal Mirzəyev, Yurgen Qoxa və Rövlan Muradova ilk dəqiqələrdən şans verib. Onlar “11-lik”də Murad Musayev, Cavid Hüseynov və Nikolas Rayseli əvəzləyib.

Matç qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda sürətli hücumlarla bir neçə təhlükəli epizod yaradıb. Oyunun əvvəlində Asif Məmmədovun cərimə meydanı daxilindən zərbəsini qapıçı dəf edib.

Az sonra qolkiperlə üz-üzə qalan Ceyms Adeniyi bu imkandan yararlana bilməyib. Tədricən cüzi üstünlüyə yiyələnən qonaqlar topa daha çox nəzarət edib.

Lakin “Qəbələ”nin arxa xətt oyunçuları etibarlı oyun nümayiş etdirib. “Qırmızı-qaralar” da bir neçə təhlükəli epizod yaratmağa nail olub. Rövlan Muradovun cərimə zərbəsini rəqib qapıçı dəf etməyi bacarıb.

İkinci hissədə oyunun ssenarisi dəyişməyib. Hər iki komanda sürətli hücumlar təşkil edib. Bir neçə dəfə oyuna daxil olan Anar Nəzirov komandanı qoldan xilas edib.

Hissənin əvvəlində Asif Məmmədovun ötürməsindən sonra Ceyms Adeniyi hesabı açıb – 1:0. Vurulan qoldan bir neçə dəqiqə sonra Kamal Mirzəyev fərqi artırmağa yaxın olsa da, əlverişli imkandan yararlana bilməyib.

Bakılılar isə növbəti hücumlardan birində hesabda tarazlıq yaradıb – 1:1. Buraxılan qoldan sonra da sürətli əks-hücumlar təşkil edən “qırmızı-qaralar” fərqlənmək imkanlarını boşa verib.

Belə epizodların birində Rövlan Muradovun cinahdan ötürməsindən sonra Ceyms Adeniyinin zərbəsini qapıçı dəf edib. Amma komandamız hesabı dəyişməyə nail olub.

Künc zərbəsindən sonra Yurgen Qoxa başla dəqiq zərbə vurub – 2:1. Bu qoldan sonra qonaqlar daha böyük qüvvə ilə irəli atılıb.

Paytaxt təmsilçisinin hücumlarından biri Emin Mahmudovun dəqiq yerinə yetirdiyi penalti ilə başa çatıb. Hesab bərabərləşdikdən sonra “Neftçi” daha çox hücum təşkil etsə də, müdafiəçilər rəqibin qarşısını inamla alıb.

Bir neçə epizodda isə Anar Nəzirov ustalığını nümayiş etdirib. Beləliklə, Qəbələ şəhər stadionundakı matçda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun belə ağır keçəcəyini bilirdik. “Neftçi” çempionluğa oynayan, arsenalında keyfiyyətli hücumameylli futbolçular olan komandadır.

Bizi təhlükənin haradan gözlədiyini bilirdik və komandanı ağır və çətin oyuna hazırlamışdıq. Bizim də öz planımız var idi. Düşünürəm ki, oyun dinamik alındı.

Hər iki komanda müdafiə deyil, hücum futbolu nümayiş etdirdi. Oyunun ədalətli nəticəsi də heç-heçə idi. Komandanı iki ildir çalışdırıram.

İlk gündən tapşırığım mənim istədiyim oyunu, hücum futbolu göstərmək olub. Uduzanda, udanda, heç-heçə olanda da, futbolçuların düzgün oynadığını görürəmsə, məmnun qalıram.

Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram. Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq, öz oyunumuzu göstəririk. Futbolda matç zamanı emosiyalar olur.

Görüşün gedişində emosional görünməyimiz təəccüblü olmamalıdır. Məsuliyyət daşıdığımızdan belə olmağımız başadüşüləndir. Nikolas Rayselin oynamaması zədə ilə bağlıdır. Onun xidmətindən növbəti oyunlarda yararlana biləcəyik”.

“Qəbələ” – “Neftçi” 2:2

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Rafael Utriq, 35 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 44 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 62 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 65 (qeyri-idman hərəkəti); Yurgen Qoxa, 70 (hakimin qərarına etiraz); Anar Nəzirov, 90+1 (oyunun bərpasının ləngidilməsi) // Emin Mahmudov, 28 (qeyri-idman hərəkəti); Mert Çelik, 37 (oyun qaydalarının sistematik şəkildə pozulması)

Qollar: Ceyms Adeniyi, 54; Yurgen Qoxa, 67 // Mirabdulla Abbasov, 62; Emin Mahmudov, 71 (p.)

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(14. Cavid Hüseynov, 80)

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

99. Ceyms Adeniyi

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

(70. Ülvi İsgəndərov, 78)

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

32. Nikolas Raysel

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”

1. Səlahət Ağayev

8. Emin Mahmudov (k)

22. Mirabdulla Abbasov

6. Voyislav Stankoviç

91. Tallison Diaz

29. Sabir Buqrin

17. Bruno Teluşi

(28. Stiven Monroz, 59)

4. Keysuke Honda

24. Yusuf Laval

(9. Ahmed Ahmedov, 79)

5. Anton Krivotsyuk

20. Mert Çelik

Ehtiyat oyunçular:

30. Aqil Məmmədov

12. Kamran İbrahimov

19. Fəhmin Muradbəyli

3. Mamadu Mbodj

49. Rener Alves

26. Ömər Buludov

80. İsmayıl Zülfüqarlı

70. Asim Əlizadə

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti