"Neftçi"nin baş məşqçisi: "...komanda ona görə uduzub"

10 Aprel 2021 18:20 Neftçi 1 675
"Neftçi"nin baş məşqçisi: "...komanda ona görə uduzub"

"Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi, bilmirəm hesaba necə reaksiya verək.

Çətin rəqibə qarşı yaxşı futbol alındı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXII turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis həddindən artıq qol epizodları yaratdıqlarını, amma yararlana bilmədiklərini bildirib: "Axıra kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Bəzi dəyişiklər etdik, buna səbəb oyunçulardan psixoloji təzyiqi götürmək idi. Mövsümün axırıdır. Bəlkə kimdəsə, belə təəssürat yarana bilər ki, komanda ona görə uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq".

Abasov ötən oyunla müqayisədə 3 dəyişiklik etdiyini diqqətə çatdırıb: "Əlimizdən nə gəlirsə, çalışacağıq ən yaxşısını edək. Futbolçular həqiqətən istəyirdilər və can yandırırdılar.

Təəssüflər olsun ki, 3 xal qazana bilmədik. Bəzi epizodlarda riski oynayırdılar, bu da qalib gəlmək istəyi ilə bağlı idi. 3 xal qazana bilmədik deyə üzülürük.

Əlimizi, qolumuzu sallamağa ixtiyarımız yoxdur. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik ki, daha kəsərli olaq.

Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Ön xəttdə daha aktiv olmaq üçün Əhməd Əhmədovu oyuna buraxdıq".

Mütəxəssis Əhməd Əhmədovun oyunu haqqında bunu söyləyib: "Məncə, ondan başqa digər oyunçular da qol epizodlarını boşa verdi. Məşqçilərin işi oyunçuların təzyiqdən aralı tutmaqdır. Bu gün oyunçularımızı itirə bilmərik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"