"Neftçi"nin baş məşqçisi kimdir: Honda, yoxsa Abasov? - VİDEO

3 Aprel 2021 16:00 Neftçi 2 509
"Neftçi"nin baş məşqçisi kimdir: Honda, yoxsa Abasov? - VİDEO

"Neftçi"Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində sabah "Sumqayıt"la qarşılaşacaq.

Çempionluq uğrunda mübarizə aparan "ağ-qaralar" Sumqayıtın eyniadlı təmsilçisi ilə görüşdə 3 xal qazanmağı hədəfləyib.

Paytaxt təmsilçisi ilə 2 aylıq müqavilə bağlamış Keysuke Honda artıq "kimyaçılar"ın təhlilini aparıb. "Neftçi"nin formasını geyinməklə yanaşı, Kamboca yığmasının baş meneceri vəzifəsini də tutan yaponiyalı yarımmüdafiəçi bu haqda klub kanalına danışıb:

"Rəqib komandanın oyunlarını özüm üçün analiz etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv oynayırlar. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm".

35 yaşlı futbolçu qısa müddətdir burada olsa da, artıq komanda daxilində liderliyi ələ alıb. Bir müddət öncə də bildirmişdik ki, o, qısa müddətdə paltardəyişmə otağında söz sahibinə çevrilib.

Keçmiş ulduz burada yoldaşlarına öz məsləhət və tapşırıqların verir, onlara meydanda necə mübarizə aparmaq lazım gəldiyini başa salır.

«Milan»ın sabiq futbolçusu bəzən lövhə qarşısına keçir, komanda yoldaşlarına taktika izah edir. O, bütün bunları Samir Abasovun gözü qarşısında edir.

Çünki baş məşqçinin özü Hondaya buna icazə verir.

Belə deyək: «Neftçi»nin formasını geyinməklə yanaşı, Kamboca yığmasını da çalışdırmağa davam edən yaponiyalı Abasovdan müstəsna səlahiyyətlər alıb.

Honda bundan sonra oyunların aanalizində iştirak etməklə yanaşı, taktika və heyət seçimində də Samir bəyə öz məsləhəiləri ilə kömək olacaq.
Honda Abasova barmaqarası yanaşır.

Yaponiyalı yarımmüdafiəçi onun üçün nəzərdə tutulan fərdi məşq proqramı əsasında çalışmaqdan imtina edib.

2 aylıq müqaviləyə imza atmış 35 yaşlı futbolçu buna ehtiyac duymadığını bildirib. O, özüylə bərabər Azərbaycana gətirdiyi fiziki hazırlıq üzrə mütəxəssisin proqramına önəm verdiyini söyləyib.

Asiyalı legionerin «rəqibi təhlil etmişəm» deməsi Abasovun mövqeyinə zərbədir. O, belə bir şey etmişdisə belə, bunu dilə gətirməməli idi. Qəbul eləməli idi ki, bu komandanın baş məşqçisi var və hamı onu başqa cür tanıyır.

Honda Abasovun yerinə danışmaqla, son vaxtlar düşərgədə yaranmış birliyi zədələyir, vəhdəti pozur. Axı Abasov bu ab-havanı bir günün içində yaratmayıb, bunun üçün aylardır çalışır.

Onun min bir çətinliklə dirçəltdiyi, bir məqsəd ətrafında birləşdirdiyi kollektivə çaxnaşma salmaq yalnız Hondanın günahı deyil. Yaponiyalını bura gətirən və yolunda yüzminlərlə dollar xərcləyən klubun sponsorları və rəhbərliyi də burada məsuliyyət daşıyır.

Abasova xəbər vermədən, fikrini soruşmadan bu transferi reallaşdıran yönətimə, görünür, «Neftçi»nin uzun illərdən sonra çempion olmasından daha çox, ucuz reklam kampaniyası aparmaq lazımdır.

Təəssüf ki, Samir bəy artıq onlar tərəfindən «sındırılıb». Ahmed Ahmedov haradadır? Sofiya MOİK-indən 4 aylıq icarəyə götürülən bolqarıstanlı hücumçunu baş məşqçi istəməyib.

Abasovun məsləhətini bilmədən bu yararsız forvardı komandanın gözünə qatan idarəçilər, yəqin ki, peşmanlııq hissi keçirmir.

Ahmedova görə çalışdırıcıya «onun gəlişi istəmirsə, özü çıxıb gedə bilər» xəbəri göndərən Mikayıl İsmayılovun Hondanın transferində Abasovun rəyini nəzərə almaması təəccüblü qarşılanmamalıdır.

Samir bəyə iş və göz qabağında olmaq lazımdır. Ona görə də pərdənin arxa hissəsində baş verənlərə göz yumur, susur. Səsini çıxrmır ki, birdən onu da günün günorta çağı istefaya göndərərlər.

Bu narahatıq və qorxu Abasovu hər gün sakit buraxmır, gündəlik fəaliyyətinə mane olur. İndiyə qədər görmüsüz ki, «Neftçi»nin, yaxud başqa klubun futbolçusu «rəqibi analiz etmişəm, belə oynayırlar, elə oynayırlar» açıqlaması versin?

Hondanın bunu çəkinmədən, özü də klubun internet kanalından birbaşa elan etməsi təhlükəli tendensiyadır.

Bu, o qənaəti möhkəmləndirir ki, Honda yayda komandanın sükanı arxasına keçməyə real namizəddir.

Belə düşünmək üçün "Neftçi"nin prezidenti Kamran Quliyevun yaponiyalı futbolçunun təqdimat mərasimində verdiyi açıqlamanı xatırlamaq kifayətdir:

"İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək. Çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər. Ona görə də Hondaya uğurlar.

Azərbaycana bu səviyyədə nə qədər çox futbolçu gəlsə, yaxşı olar. Təbii ki, "Neftçi" ölkənin ən titullu klubudur. O da bilir ki, hara gəlir və kimin yanına gəlir. Bizim azarkeşlərin yanına gəlir. Bizə 8 oyunda kömək etsə, çempion olsaq, yayda yeni müqavilə barədə danışa bilərik".

Burada söhbət heç də Hondanı meydanda görmək istəməkdən getmir. «Milan»ın sabiq futbolçusu Kambocadan məşqçi təcrübəsinə malikdir və 3 ildən artıqdır bu sahənin incəliklərini öyrənə-öyrənə gəlir.

Bilirik ki, SOCAR-ın ali mənsubları yaponiyalının məşqçilər korpusuna başçılıq etməsini arzulayır və ona belə bir niyyətdə olduqlarını da eşitdiribər.

Honda isə mövsüm bitmədən bu kimi məsələləri nəzərdən keçirməyi peşəkarlığa zidd sayıb və gözləmə mövqe tutub. Çünki onun yayla bağlı ilk planı Tokio Olimpiadası ilə bağlıdır.

O, Olimpiadada ölkəsinin millisinin formasını geyinmək fikrindədir və məhz buqdan asılı olaraq, növbəti hədəflərini müəyyənləşdirəcək. Odur ki, qarşıdakı həftələr və aylar Abasov üçün həlledicidir.

Hazırkı baş məşqçi bu dönəmi iynə üstündə oturmuş kimi keçirmək məcburiyyətindədir. Komanda çempionluq marşrutunu sürətlə adlamasa, büdrəməsə, «müttəhim kürsü»sündə əyləşdiriləcək.

Daha deməyinə imkan verilməyəcək ki, Hondanın gəlişi ilə onun bütün taktiki-texniki planları dəyişib, futbolçular arasında balans pozulub,

Nəsə söyləməsini nəzərə almayacaq, bəraət verməyəcəklər. Çünki onlar üçün əsas Hondadır, yaponiyalının nə düşünməsidir.

Yaxın keçmişədək futbol oynamya bilmək üçün qitələr dolaşmış, başqa klub tapmadığı üçün «Neftçi»ni seçməli olmuş Hondanın adı SOCAR təmsilçilərinə daha şirin gəlir.

Bu, Azərbaycan futbolunun növbəti facəsidir. Heyhat, yetişməsinə illər getmiş məşqçilərimizi bir əcnəbiyə dəyişirik. İki il öncə Maykl Esyeni də «Səbail»ə bu niyyətlə gətirmişdilər.

Yarım il futbol oynayacaq, sonra baş məşqçi olacaqdı. «Səbail»də Tamerlan Abdullayevin cəsarəti çatdı ki, bu planın əleyhinə çıxsın və müqavimət göstərsin.

Yoxsa futbolumuz Aftandil Hacıyevin timsalında daha bir gənc mütəxəssisi itirəcəkdi. İndi sıra Samir Abasovdadır…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!