“Neftçi”nin daha bir TRANSFER HƏDƏFİ məlum oldu

7 Mart 2021 20:20 Neftçi 2 340
“Neftçi”nin daha bir TRANSFER HƏDƏFİ məlum oldu

“Neftçi” ötən yay “Sumqayıt”dan ayrılaraq "Sabah"la 3 illik müqavilə bağlayan Aleksey İsayevə dəvət göndərib.

Sportinfo.az-ın məlumatına görə, “ağ-qaralar” 26 yaşlı yarımmüdafiəçini öz şərtləri ilə tanış edib.

Paytaxt təmsilçi “Yenisey”in yetirməsini yayda azad agent statusu ilə sıralarına cəlb etməyi planlaşdırır.

Bunun üçün “Sabah”a müəyyən kompensasiya ödəməyə də hazırdırlar. Işdir, Masazır klubu İsayevi birdəfəlik satmasa, icarə variantı nəzərdən keçiriləcək.

Bakılılar 2 ilə yaxındır Alekseyə elçi düşüb. Onda “Sumqayıt” qarşı tərəfdən 100 min manat kompensdasiya tələb etmişdi.

“Neftçi” tərəfi məbləği 30-40 min aşağı çəkməyə cəhd göstərsə də, onlara güzəşt olmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!