AFFA "Neftçi"ni bağışlamadı - İşığa görə 4000 manat cərimə

4 Mart 2021 16:20 Neftçi 686
AFFA "Neftçi"ni bağışlamadı - İşığa görə 4000 manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib

“Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.

“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!