Bu nadir hadisə də "Neftçi"nin başına gəldi - FOTOLAR

4 Mart 2021 11:20 Neftçi 1 425
Bu nadir hadisə də "Neftçi"nin başına gəldi - FOTOLAR

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında lider "Neftçi" autsayder "Sabah"la üz-üzə gəlib.

"Bakcell Arena"dakı matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun keçirildiyi "Bakcell Arena"da işıqlar sönüb. Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb və 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Görüşdə hesab 44-cü dəqiqədə açılıb. Namiq Ələsgərov meydan sahiblərini önə keçirib. Mirabdulla Abbasov 64-cü dəqiqədə fərqi iki topa çatdırıb.

Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə qonaqların müdafiəçisi Təmkin Xəlilzadə qoyub. Penaltidən fərqlənən futbolçu yekun nəticəni müəyyənləşdirib.

"Neftçi" qələbə sayəsində 36-cı xalını qazanıb və liderliyini qoruyub. "Sabah" isə 15 xalla sonuncu - 8-ci yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda