"Neftçi"nin legioneri: “Qarşıma birinci olmaq məqsədi qoymamışam"

4 Mart 2021 10:40 Neftçi 930
"Neftçi"nin legioneri: “Qarşıma birinci olmaq məqsədi qoymamışam"

"Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməli idik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Yusuf Laval evdə "Sabah"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Nigeriyalı yarımmüdafiəçi belə davam etmələrinin vacibliyini vurğulayıb: "Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq”.

Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: “Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun”.

"Sabah" üzərində qələbə sayəsində xalını 36-ya çatdıran "Neftçi" yenidən liderliyini davam etdirir.

23 yaşlı oyunçu hələ də optimal formada olmadığını, hazırda bundan ötrü çalışdığını əlavə edib: "Baş məşqçinin də tələbi belədir. Təbii ki, bunun öhdəsindən gələcəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı