“Neftçi”də ehtiyatda qaldı, 100 min manat az pul istədi

3 Mart 2021 19:00 Neftçi 1 228
“Neftçi”də ehtiyatda qaldı, 100 min manat az pul istədi

Millinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayevin transfer qiyməti xeyli aşağı düşüb.

Son 1 ildə istər klubda, istərsə də yığmada mövqeyini itirən kipper bu müddətdə 100 min manat dəyər itirib.

Belə ki, o, xidmətində maraqlı olan komandalardan və menecerlərə əvvəlki illərdəkindən 100 min manat az məbləğ “oxuyub”.

Yayda “Neftçi” ilə müqaviləsi bitəcək “əlcək sahibi”nin burada qalmaq niyyəti yoxdur. Onsuz da, ağ-qara formanı geyinmir, digər tərəfdən bilir ki, kontraktı yenilənməyəcək.

Səlahət onu da başa düşür ki, indən belə hara getsə, “Neftçi”dəki pulu - ayda 25-27 min manatı qazanmayacaq. Odur ki, illik 170 min manata qanedir artıq.

Fərq bircə onadadır ki, Ağayev ödəməni dollarla istəyir. Bir də ki, daimi oyun praktikası qazanacağına zəmanət verilməsini tələb edir.

Digər Xəbərlər
Xəbər Lenti