"Neftçi"nin legioneri: "Azərbaycan futbolunda şərtlər daha yaxşıdır"

24 Fevral 2021 17:00 Neftçi 644
"Neftçi"nin legioneri: "Azərbaycan futbolunda şərtlər daha yaxşıdır"

"Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Bruno Teluşi "Panoramasport" nəşrinə açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən deyib.

Albaniyalı yarımmüdafiəçi bildirib ki, iki ölkə futbolu arasındakı fərqin müxtəlif səbəbləri var: "Burada futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır".

Ötən ilin oktyabrından "Neftçi"də çıxış edən 30 yaşlı oyunçunun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunadəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!