“Nəinki "Neftçi"də, heç bir klubda işləmək fikrim yoxdur”

19 Fevral 2021 16:00 Neftçi 1 123
“Nəinki "Neftçi"də, heç bir klubda işləmək fikrim yoxdur”

“Bu barədə brinci dəfədir eşidirəm. Məncə, bu, real deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

Məlum olduğu kimi, Ceyhun Sultanovun istefasından sonra “Neftçi”də idman direktoru vəzifəsi ləğv olunub. Bu posta aid səlahhiiyətlər klub prezidenti ilə baş məşqçi arasında bölüşdürülüb.

Lakin ötən 3 ay göstərdi ki, bu sahədə ciddi problemlər var. Adicə hücumçu transferi zamanı ortalığa çıxan çətinliklər az qalmışdı ki, Kamran Quliyevlə Samir Abasovu düşmən etsin.

Düzdür, onlar arasında “soyuq müharibə” ikincinin bura təyinat almasından az sonra başlayıb, lakin gərginliyin belə tezliklə pik həddə çatması hər kəsi şok etdi.

İndi isə idman direktoru postunun bərpa olunacağı yönündə xəbərlər dövriyyəyə buraxılıb. Söz-söhbətlərə inansaq, V.Heydərli C.Sultanovdan sonra həmin vəzifəyə əyləşməyə ən real namizəddir.

O, istər K.Quliyevə, istərsə də S.Abasova yaxınlığı ilə bilinir. Belə deyək, hər iki tərəfə “körpü” ola biləcək biridir.

Quliyev və Abasovla “Sumqayıt”dan başlayan münasibət və əlaqələr onların “Neftçi”yə gəlişi ilə daha da güclənib. Heydərli paytaxt klubun transfer bazarına başqalarından daha yaxın bə bələd isimdir.

Görəsən, o, “Neftçi”yə mümkün təyinatı barədə nə düşünür? Vaqif bəyi dinləyək:

“Nəinki "Neftçi"də, ümumiyyətlə, heç bir klubda işləmək planım və düşüncəm yoxdur. Başqa planlarım var.

Gərək üzərindən xətt çəkib, klub sisteminə gedim. Bu isə planlara daxil deyil. Uzaq gələcəkdən sonraya nəsə demirəm, amma yaxın gələcəm üçün düşünmürəm.

Heç gələcəkdə də bunun real olacağını fikirləşmirəm. Söz var ki, "heç vaxt heç vaxt demə", amma konkret olaraq planlarımda belə bir şey yoxdur”

Digər Xəbərlər
Xəbər Lenti