Abbasov yenə qələbəni sırf öz adına yazıb, "Neftçi"də çaxnaşma yaratsa…

19 Fevral 2021 14:20 Neftçi 1 253
Abbasov yenə qələbəni sırf öz adına yazıb, "Neftçi"də çaxnaşma yaratsa…

Türkiyədəki kimi istəyirdiz? Bu da sizə derbi! 4 qırmızı vərəqə, təpik, kəllə, sillə - nə desən, var idi.

«Qarabağ»ın qələbəsi böyük ölçüdə intriqanın boğulmasına gətirib çıxaracaqdı.

«Neftçi» 90 dəqiqə ərzində inanılmaz komanda ruhunu, qələbə əzmini sərgilədi. Samir Abbasovun planı baş tutdu və komanda oyun planından 9, hətta 8 nəfər ilə oynayarkən qopmadı.

«Qırmızı»ların hamısı və «Qarabağ»ın qapısına təyin olnan penalti haqlı qərar idi. «Qarabağ»ın qol epizodu isə mübahisələrə açıqdır.

Mənə görə, 10 hakimdən 7-si bu qolu saymazdı. Düzdür, ofsaydda olan futbolçu topa toxunmadı, lakin sona kimi mübarizə apardı, epizodda fəal iştirak etdi. Qoldan sonrakı müzakirə mənə qəribə gəldi.

Laynsman bayrağını qaldırmadısa, qol dərhal sayılmalı idi. Sanki yan xətt hakimi özü qərarına əmin deyildi.

Çempionluq yarışında «Neftçi» həm vacib xalları, həm də psixoloji üstünlüyü əldə etdi. İndi hər şey Samir Abbasovun əlindədir.

Yenə qələbəni sırf öz adına yazdırıb düşərgədə çaxnaşma yaratsa, komanda axırda ikinci yeri belə, tutmaya bilər. Böyük klubda çalışmaq üçün məşqçi öncə psixoloq olmalıdır.

Həm də Azərbaycanda çempionluq güclülər ilə oyunlarda deyil, autsayderlə qarşılaşmalarda həll olunur.

«Neftçi» böyük itkilər fonunda «Qəbələ» ilə matçda bu uğurun davamını gətirməlidir. Ardınca isə «Zirə» var. İrəlidə bizi maraqlı mübarizə gözləyir!

Erkin İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti