"Neftçi"nin qapıçısı gedəcəyi klubu müəyyənləşdirdi

19 Fevral 2021 13:00 Neftçi 2 103
"Neftçi"nin qapıçısı gedəcəyi klubu müəyyənləşdirdi

Son 4 mövsümü «Neftçi»də keçirən Səlahət Ağayev yeni seçimini edib.

Təcrübəli qapıçı növbəti mövsümə «Zirə»də başlayacaq.

Bir ildir «Neftçi»də «1 nömrə» statusunu itirən millinin kiperi qəsəbə təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb. «Ağ-qaralar»la sözləşməsi iyunda başa çatacaq «əlcək shibi» burada daha az qazanacaq.

O, oyun praktikası qazanmaq naminə «Neftçi»də aldığından xeyli aşağı məbləğə «Zirə»nin formasını geyinməyə «ok» verib.

Həm də burada Rəşad Sadıqov amili var. Uzun illərdir onunla yaxşı münasibətdə olan Ağayev məhz Sadıqova görə digər təklifləri bir kənara atıb.

Səlahət «Neftçi»nin ən ödənişli yerli futbolçusudur. Aylıq qazancı 25-27 min manat arasındadır. Klub rəhbərliyi ilə yola getməməsi səbəbindən əsas heyətdə yerini itirib və Aqil Məmmədovun kölgəsində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti