"Neftçi"dən ayırldı, özünü "Keşlə"yə təklif etdi – Sevgilisinə görə

18 Fevral 2021 16:00 Neftçi 1 841
"Neftçi"dən ayırldı, özünü "Keşlə"yə təklif etdi – Sevgilisinə görə

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan Soni Mustivar yayda yenidən Azərbaycana qayıtmaq niyyətindədir.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi bu məqsədlə "Keşlə"yə müraciət edib.

Haiti yığmasının üzvü "Neftçi"də aldığı maaşdan daha az məbləğə bu formanı geyinməyə hazıır olduğunu bildirib.

Bu qış fasiləsində Rumıniyanın "Hermanştadt" klubu ilə vidalaşan Mustivar Kipr təmsilçisi "Nea Salamina"ya keçib.

30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb.

Oyunçunun sözləşməsi mövsümün sonunda daha 1 il müddətinə uzadıla bilər, lakin o, Kiprdə uzun müddət qalmaq istəmir. Sevgilisinin Bakıdan ötrü darıxması səbəbindən.

Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti