"Neftçi"nin legioneri "Qarabağ"ı "hesabdan sildi": "Biz çempionluğa çox yaxınıq"

18 Fevral 2021 17:20 Neftçi 637
"Neftçi"nin legioneri "Qarabağ"ı "hesabdan sildi": "Biz çempionluğa çox yaxınıq"

"Biz çempionluğa çox yaxınıq. İnanıram ki, "Neftçi" 7 ildən sonra çempion ola biləcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, "Neftçi" qızıl medalları qazanmağa tam hazırdır: "Hər görüşə son oyun kimi baxacağıq.

Samir Abasov da çox yaxşı baş məşqçidir. Artıq bunu neçə oyunda göstərib. Taktikamız dəyişib və artıq çoxlu qol epizodları yarada bilirik".

Digər Xəbərlər
Xəbər Lenti