"Neftçi"nin yeni transferinin nə problemi var?

17 Fevral 2021 09:40 Neftçi 832
"Neftçi"nin yeni transferinin nə problemi var?

"Neftçi"nin MOİK-dən (Sofiya) icarəyə götürdüyü futbolçu Ahmed Ahmedov artıq Bakıdadır.

Hücumçu bu gün tibbi müayinədən keçəcək. 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun "Qəbələ" ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.

"Neftçi" milliyyətcə türk olan Ahmedovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinmiş forvard ilk dəfə legioner həyatı yaşayacaq.

2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vuran Ahmedin burada möhkəmlənə bilməməsinin səbəbi yalnız taktiki sxemə uyğun gəlməməsi və rəqabətə tab gətirməməsi deyil. İşin içində başqa bir «qəmbərqulu» da var.

O, görmə qabiliyyətinin bir qədər zəif olmasından əziyyət çəkir. Həkimlər Ahmedova linzadan istifadə etməyi məsləhət görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti