"Neftçi" intizarında olduğu hücumçunu Bakıya nə vaxt gətirəcək?

16 Fevral 2021 17:00 Neftçi 927
"Neftçi" intizarında olduğu hücumçunu Bakıya nə vaxt gətirəcək?

"Neftçi" uzun həsrətdən sonra, axır ki Ahmed Ahmdeovun transferi ilə hücumçu istəyini gerçəkləşdirə bildi.

Ötən həftə ÇSKA-dan 6 aylıq icarəyə götürülən legioner hələ Azərbaycana gəlməyib.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a bildirilib ki, buna səbəb viza məsələsidir:

"Onu bura gətirmək üçün lazım olan sənədləri hazırlamışıq. İndi vizasından cavab gözləyirik. Bu gün-sabah cavab çıxmalıdır. Cavab gələn kimi bileti klubumuz tərəfindən alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti