“Qarabağ”la “Neftçi” arasında… MARAQLI ANLAR - VİDEO

16 Fevral 2021 09:20 Neftçi 709
“Qarabağ”la “Neftçi” arasında… MARAQLI ANLAR - VİDEO

Azərbaycan Premyer Liqasında III dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” növbəti Azərbaycan derbisində üz-üzə gəlib. İlk yarının ortalarında azlıqda qalan “Neftçi” Namiq Ələsgərovun qolu ilə hesabı açıb.

Fasilədən sonra derbilərdə 9-cu qolunu vuran Mahir Emreli hesabda tarazlıq yaradıb.

Daha iki qırmızı vərəqə göstərən Elçin Məsiyev Kevin Medina və Mamadu Kaneni meydandan qovduğu epizodda penalti qərarı verib.

Dublunu rəsmiləşdirən Namiq komandasına vacib üç xal və liderlik qazandırıb. Görüşün sonlarında Voislav Stankoviç də qırmızı vərəqə alıb.

Bütün bunlar və digər maraqlı anları aşağıdakı videoda izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!