"Neftçi"nin prezidenti “Qarabağ”dan danışdı: "Öhdəsindən gələ bildik"

16 Fevral 2021 00:42 Neftçi 839
"Neftçi"nin prezidenti “Qarabağ”dan danışdı: "Öhdəsindən gələ bildik"

“Qarabağ”la oyunda komandamız əsl “Neftçi” adına layiq oyun sərgilədi və sonadək mübarizə apardı".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin prezidenti Kamran Quliyev Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun oyunu barədə danışarkən deyib.

Funksioner bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq çox vacib idi:

"Bunun öhdəsində gələ bildik. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gəldiyimizə görə çox şadıq. Amma bu nəticə komandanı arxayınlaşdırmamalıdır".

K.Quliyev baş məşqçi Samir Abasov və futbolçulara güvəndiyini vurğulayıb: "Bu görüş artıq arxada qaldı.

Növbəti oyuna hazırlaşmaq lazımdır. Baş məşqçimizə və futbolçularıma inanıram. Ümid edirəm ki, onlar "Neftçi" ailəsini növbəti qarşılaşmalarda da qələbələri ilə sevindirəcəklər" (report).

"Qarabağ" üzərində qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti