Futbolda dava-dalaş görmək istəyənlər üçün FOTOREPORTAJ

14 Fevral 2021 14:00 Neftçi 993
Futbolda dava-dalaş görmək istəyənlər üçün FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşıb..

Görüş "ağ-qaralar" üçün yaxşı başlamayıb. 22-ci dəqiqədə sağ cinah müdafiəçisi Ömər Buludov rəqib komandanın kapitanı Maksim Medvedevə qarşı kobud oynayaraq meydandan qovulub.

Amma flaqman azlıqda qalmasına baxmayaraq, 6 dəqiqə sonra Namik Ələskərovun qolu ilə hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya fəal başlayan "Qarabağ" 58-ci dəqiqədə tarazlığı bərpa edib. Cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Mahir Emreli fərqlənib.

72-ci dəqiqədə "Qarabağ"ın cərimə meydançasında "köhlən atlar"ın müdafiəçii Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb.

Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub.

75-ci dəqiqədə təyin olunmuş penaltini dəqiq yerinə yetirən Namik Ələskərov komandasına vacib qələbə qazandırıb. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "ağ-qaralar" 8 nəfərlə qalıb. Voislav Stankoviç ikinci sarı vərəqəni görərək meydanı tərk edib.

Bu nəticədən sonra xalını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Qarabağ" isə 29 xalla 2-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti