"NEFTÇİ"dən: "İstədiyim 10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

17 Yanvar 2021 14:00 Neftçi 1 876
"NEFTÇİ"dən: "İstədiyim 10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

"Nə hücum xəttində, nə də başqa yerdə boşluğumuz var".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Neftçi"nin baş məşqçisi Saamir Abasova məxsusdur.

Bakılıların çalışdırıcısı 2-3 futbolçu ilə danışıqlar apardıqlarını bildirib:

"Mən bunu dəfələrlə demişəm ki, hücum xətti deyəndə bəziləri təkcə forvardı nəzərdə tutur. Bu gün hücuma hücumçunun yanındakılardan kimisə qoysaq, başqalarından daha yaxşı effekt verə bilər.

"Keşlə" ilə yoxlama oyununda problem dinamikamızda idi. Hücumları daha yaxşı və daha tez qura bilərdik. Bunu bacarmadıq.

İkinci hissənin sonlarında iki hücumçu ilə oynadıq. Belə şeyləri tez-tez görəcəyik. Jozef-Monroza xüsusi tapşırıq vermişdik ki, təhlükəli epizodlardan yan qaçsın. Çünki üç aya yaxındı futbol oynamır, zədədən qayıdıb.

Futbolsuz qaldığı üçün əziyyət çəkmişdi. Namiq kimi futbolçudan da gizli forvard kimi istifadə edə bilərik. Əsas odur ki, komandamızda çoxlu hazır futbolçu olacaq.

Müxtəlif mövqelərdə rotasiyalar edə bilərik. Əsas istəyimiz odur ki, heyət baxımından problem yaşamayaq. Futbolçularda xroniki və ciddi zədələr olmamasına çalışırıq.

Mediada Solomon və başqaları haqda xəbərlər çıxdı. Bütün dünyada belədir, bəzən menecerlər, bəzən jurnalistlər qəsdən bu tip informasiyalar yayırlar.

Həmin futbolçularla nə təmasa keçmişik, nə də danışığımız olub. Bu gün transfer siyasətimiz hücumçu mövqeyində dayanır. 2-3 nəfər var ki, onlarla təmas qurmuşuq.

Ümumiyyətlə, siyahımızda10 futbolçu var idisə, 8-i Azərbaycana gəlməkdən imtina edib. Dediyim kimi, iki-üç nəfərlə maraqlanırıq. Bizdən asılı olmayan səbəblərdən gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı