"Neftçi"nin baş məşqçisi: "Bəzi məqamlarda bir az narahat qaldım"

16 Yanvar 2021 19:40 Neftçi 537
"Neftçi"nin baş məşqçisi: "Bəzi məqamlarda bir az narahat qaldım"

“İlk yarı ağır keçdi. Bu da normaldı. Çünki səbəbini bilirdik.

Bu qarşılaşmaya kimi ardıcıl iki gün 2 məşqimiz oldu. Bu matçı futbolçuların bir-birinə uyğunlaşması və taktiki gedişlər etmək üçün nəzərdə tutmuşduq.

Nəticə bizim üçün o qədər önəmli deyildi. Yaxşı ki, qələbə qazandıq. Qələbə ən yaxşı motivasiyadı. Bəzi elementlərdə daha yaxşı ola bilərdik.

Ümumiyyətlə, ilk hissədə yaxşı şanslarımız oldu, amma bəzi məqamlarda bir az narahat qaldım".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Futbol+"ə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Təcrübəli mütəxəssis komandasının "Keşlə" oyununu dəyərləndirdi:

"Lakin fasilədən sonra daha yaxşı idik. İki yoxlama oyunu keçirdik. Bunları nəzərə alsaq, komanda çempionatın ikinci hissəsinə hələ tam hazır deyil.

İnanıram ki, oyunlar başlayandan sonra, turlar keçdikcə yüzfaizlik nəticəyə çatacağıq. 10 günlük istirahətdən gələn futbolçuların konsentrasiyasını düzəltməlisən, taktiki gedişlər aşılamalısan.

Mən də təzəyəm, öz metodalarımı futbolçulara izah etməyə çalışıram. Lakin ümumi götürsək, deyə bilərəm ki, “Səbail”lə matça yüz faiz hazır olmayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti