"Neftçi"nin legioneri: "Heç kimdən qorxmuruq, əlimizdən gələni edəcəyik". - VİDEO

15 Yanvar 2021 00:42 Neftçi 526
"Neftçi"nin legioneri: "Heç kimdən qorxmuruq, əlimizdən gələni edəcəyik". - VİDEO

"Zaman keçdikcə özümü daha çox evdəki kimi hiss edirəm, komandaya uyğunlaşıram. Ona görə bu cür çıxış edirəm".

bunu "Neftçi"nin futbolçusu Sabir Buqrin "Keşlə"ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyun haqda deyib.

Təlim-məşq toplanışını dəyərlə Mərakeş əsilli belçikalı futbolçu hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: "Hamı özünü fiziki cəhətdən əla hiss edir. Komandada rəqabət var. İrəliləyiş nəzərə çarpır".

25 yaşlı oyunçu Premyer Liqanın XIV turunda "Səbail"lə keçirəcəkləri matça da toxunub: "Digər oyunlara necə çıxmışıqsa, bu dəfə də belə olacaq.

Öz oyunumuzu göstərəcəyik. Heç bir rəqibdən qorxmuruq. Əlimizdən gələni edəcəyik. Necə olacağını isə oyun göstərəcək".

Digər Xəbərlər
Xəbər Lenti