"Neftçi"nin baş məşqçisi: "Özü də başını tutdu və bildi ki, bu sözlər ona deyiləcək" - VİDEO

14 Yanvar 2021 20:20 Neftçi 1 170
"Neftçi"nin baş məşqçisi: "Özü də başını tutdu və bildi ki, bu sözlər ona deyiləcək" - VİDEO

"Qələbə ruh yüksəkliyi, motivasiya baxımından vacib idi. Qalib gəlməyi istəmədiyimizi deyə bilmərəm.

Sadəcə, matçın önəmi bunda deyildi. Oyunda görmək istədiyimiz başqa şeylər idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis ilk hissəsnin ağır keçdiyini bildirib: "Bu, kənardan başqa cür görünə bilər. Amma biz səbəbi yaxşı bilirik. Bu qarşılaşmayadək ardıcıl iki gündə 2 məşq etmişdik.

Komandada bir az yorğunluq var idi. Bu da bizim üçün normal haldır. İkinci hissədə isə uşaqlar bir az açılışdılar, daha hərəkətli oynamağa başladılar.

Oyunun içində sevindirici məqamlar daha çox idi. İnanıram ki, belə də davam edəcəyik".

Abasov bu matçdakı səhvləri analiz edəcəklərini vurğulayıb: "Bunu öz aramızda danışacağıq. Məqsəd məsuliyyəti sırf hansısa oyunçunun üstünə atmaq deyil.

Amma bu da önəmlidir. Bu gün Ömər Buludovun səhvindən sonra qol buraxdıq. Halbuki bu epizodun üzərində çox işləmişdik. Futbolçunun özü də başını tutdu və bildi ki, bu sözlər ona deyiləcək. Bəzi səhvlər var ki, onları tez aradan götürməliyik".

Digər Xəbərlər
Xəbər Lenti