"Bu vəziyyət virusla bağlı yaranıb" - "Neftçi"nin əcnəbisi

12 Yanvar 2021 23:00 Neftçi 432
"Bu vəziyyət virusla bağlı yaranıb" - "Neftçi"nin əcnəbisi

"Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun televiziyasına təlim-məşq toplanışı barədə danışarkən deyib.

Serbiyalı müdafiəçi komanda şəklində təcrid olunduqlarını bildirib: "Hazırda qaldığımız otel çox rahatdır. Yaxşı şəraiti var. Hazırlığımızı bu formada davam etdirəcəyik".

34 yaşlı oyunçu 2 gün öncə I Divizion təmsilçisi "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçının üstünlüklərindən də danışıb: "Əsas odur ki, oyunu hiss etdik.

Bilirsiz ki, bir az istahətimiz oldu. Hardasa 10 gün evimizdə dincəldik. Baş məşqçi bu matçda gənc futbolçuların durumunu izlədi, kimlərə şans verə biləcəyini müəyyənləşdirdi. Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı".

Digər Xəbərlər
Xəbər Lenti