”Neftçi” bu legionerlə anlaşdı, klubu əl vurdu, transfer ”düyünə düşdü”

12 Yanvar 2021 13:00 Neftçi 981
”Neftçi” bu legionerlə anlaşdı, klubu əl vurdu, transfer ”düyünə düşdü”

“Partizani”nin forvardı Teofilus Solomona elçi düşən ”Neftçi” problemlə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, Albaniya klubu nigeriyalı hücumçusunu pulsuz buraxmaqdan növbəti dəfə imtina edib.

İki il öncə Çempionlar Liqasının təsnifat mərhələsində ”Qarabağ”ın rəqibi olmuş ”qırmızılar” bakılı həmkarlarından təzminat istəyib. ”Partizani” rəhbərliyi indi 50 min dollar tələb edir və bu rəqəmdən 1 sent aşağı düşməyəcəklərini qarşı tərəfin nəzərinə çatdırıblar.

Baxmayaraq ki, afrikalı forvard ”Netçi” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb, amma belə getsə, yəqin ki, transfer düyünə düşəcək. Çünki ”ağ-qaralar”ın albanlara bu qədər pul ödəmək fikri yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu