"Neftçi"dən deyildi: "Özümüz icazə vermişdik"

11 Yanvar 2021 12:40 Neftçi 703
"Neftçi"dən deyildi: "Özümüz icazə vermişdik"

"Toplanış qaydasında davam edir, bu müddətdə heç bir problem yaşamamışıq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Samir Abasova məxsusdur.

O, yeni ildən sonrakı başlayan təlim-məşq toplanışı haqda danışıb: Sabir Buqrin son məşqdə yüngül zədə aldı deyə, "Kəpəz"lə yoxlama oyununda yox idi.

Bununla belə, toplanışdan və hazırlıq prosesində futbolçuların yerinə yetirdiklərindən razıyıq. Legionerlərin gec qoşulmasında heç bir problem yoxdur.

Özümüz icazə vermişdik. Həmin müddətdə onlar verdiyimiz proqramdan istifadə ediblər. Artıq fərdi yox, bütün komanda şəklində məşq edirik”.

Digər Xəbərlər
Xəbər Lenti