“Kəpəz“ həmin “Kəpəz“ deyil, “Neftçi” isə… FOTOLAR

11 Yanvar 2021 09:20 Neftçi 638
“Kəpəz“ həmin “Kəpəz“ deyil, “Neftçi” isə… FOTOLAR

Mövsümün ikinci hissəsinə hazırlaşan “Neftçi” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın lideri “Kəpəz”lə üz-üzə gəlib.

Samir Abasov I divizion təmsilçisi ilə görüşün start heyətində Aqil Məmmədov, Rener Alves De Souza, Voislav Stankoviç, Emin Mahmudov (K), Bruno Teluşi, Mert Çelik, Mirabdulla Abbasov, Vüsal Əsgərov, Elton Əlibəyli, Emin Zamanov və Tallison Diasa şans verib.

Qarşılaşmanın gedişində Kamran İbrahimov, Səlahət Ağayev, Mamadu Kane, Mamadu Mbodj, Anton Krivotsyuk, Namik Ələskərov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Ömər Buludov, Seymur Əliyev, Asim Əlizadə və İsmayıl Zülfüqarlı da meydana daxil olublar.

Matçda hesabı Namiq Ələsgərov açıb. Premyer Liqanın bombardiri 78-ci dəqiqədə fərqlənib. Bu qol paytaxt təmsilçisinə minimalhesablı qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti