BİZİMKİLƏRİN NƏZƏRİNƏ: Hollivud ulduzları futbol klubu aldı

17 Noyabr 12:00 Multimedia 173
BİZİMKİLƏRİN NƏZƏRİNƏ: Hollivud ulduzları futbol klubu aldı

Hollivud ulduzu Rayan Reynolds və Rob Makelnenni İngiltərə Milli Liqasında mübarizə aparan dünyanın ən qocaman klublarından birini – “Reksem”i satın alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə kanadalı aktyor Rayan Reynolds məlumat yayıb.

O, amerikalı həmkarı Rob Makelnenni ilə birgə İngiltərə 5-ci liqasında mübarizə aparan “Reksem”i satın aldıqlarını bəyan edib. Hollivud ulduzları bunun üçün 2.5 milyon dollardan keçiblər.

Dünyanın ən yaşlı klublarından olan “Reksem” 156 il öncə yaradılıb. Reynolds bu klubu “yatmış div” adlandırıb və gələcəklə bağlı planlarını açıqlayıb.

“Reksem” Uelsin eyniadlı şəhərini təmsil edir. Lakin bu ölkənin digər bütün klubları kimi, bu komanda da məhz İngiltərə çempionatlarında mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 14:40 Ağayev Yunanıstanda