Qarabağda ilk qadın şəhidimizin ailəsindən VİDEOREPORTAJ

30 Oktyabr 12:30 Multimedia 604
Qarabağda ilk qadın şəhidimizin ailəsindən VİDEOREPORTAJ

“Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...”

Sportinfo.az xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi, yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olan Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan AzTV-yə anası ilə bağlı xatirələrini bölüşərkən deyib.

O, cəbhədə olan anasının tez-tez zəng edib onların kefini soruşduğunu bildirib: “Hər dəfə zəng edib bizi soruşardı. Mən neçə dəfə zəng elədim götürmədi, axırda açdı, danışdı.

Səsi çox pis çıxırdı. Dedim yəqin xəstədir. Nə olduğunu soruşdum, dedi yaxşıyam. Bir də dedi ki, “dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...”

10 yaşlı qızı Zəhra da anasını qürurla xatırlayıb: “Anam məni çox istəyirdi. Mənimlə həmişə fəxr edirdi, indi mən də anamla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu...”

Şəhidin anası Məktubə Baxışova isə qızını çox çətinliklə, atasız böyütdüyünü, lakin qızının heç vaxt ölümdən qorxmadığını deyib: “Hərbiyə getmək istəyirdi.

Dedim ki, iki balan var, sizi zülmlə böyütmüşəm. 4 yaşında olanda atasını itirib, atasız böyüyüb. Dedi ki, “uşaqlarım sənə əmanət. Əgər mənə bir şey olsa, şəhid olacağamsa, mənim alın yazımdır”.

O, mənim qürurumdur, başımın ucalığıdır. Balam ölümdən qorxan qız deyildi... “Narahat olma hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq!”.

“Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü canla-başla döyüşən əsgərlərimiz var ki...” - Bu, onun ən çox işlətdiyi sözlər idi...”

Xatırladaq ki, 31 yaşlı Arəstə Baxışova Xaçmazda doğulub. Atası Çernobıl qəzasında əlil olub və şəhidimiz 4 yaşı olanda vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 22:40 Messi lazım deyil?
23 Noyabr 21:10 Nazirdən yeni təyinatlar
23 Noyabr 21:00 AFFA 12 komanda üçün...
23 Noyabr 15:40 "Qoca" belə olar - VİDEO