İlkin Fikrətoğlu hazırladı: AFFA və "Neftçi" Xetaqurova necə hörmətsizlik edib? - VİDEOSÜJET

25 Avqust 16:00 Multimedia 2 115
İlkin Fikrətoğlu hazırladı: AFFA və "Neftçi" Xetaqurova necə hörmətsizlik edib? - VİDEOSÜJET

Bir neçə gün əvvəl - avqustun 12-si Azərbaycan futbolunun "canlı tarixləri"ndən sayılan Boris Xetaqurov 80 illik yubileyini qeyd etdi.

80 illik ömrünün 50 ilini Azərbaycan futboluna həsr etmiş qocaman həkim nə AFFA, nə də 44 il (!!!) işlədiyi "Neftçi" klubundan gözlədiyi diqqəti gördü.

Federasiya rəsmiləri pandemiyanı bəhanə edib adi telefon zəngilə kifayətləndi. İcraçı vitse-prezident Elxan Məmmədovun "tezliklə sizi AFFA-ya dəvət edəcəyik" vədi elə boş vəd olaraq qaldı. "Neftçi"dən isə danışmağa dəyməz.

Özünə qarşı bu biganəlikdən təsirlənən Boris Xetaqurov ürəyini Sportinfo.az-a boşaldıb. 50 il futbol sahəsində aktiv çalışan bir şəxs kimi dünya futbolunda unikal nəticəyə imza atan dəyərli həkimizlə bağlı saytın redaktoru İlkin Fikrətoğlu videosüjet hazırlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:40 "Qarabağ" günahkardımı?
17 Sentyabr 18:30 "Biz bunun qurbanı olduq"
17 Sentyabr 18:10 Neymarın cəzası verildi