İlkin Fikrətoğlu çempion haqda elə sözlər dedi ki… VİDEOSÜJET

26 Fevral 15:00 Multimedia 763
İlkin Fikrətoğlu çempion haqda elə sözlər dedi ki… VİDEOSÜJET

-Azərbaycan futbolunun ən məşhur yetirmələrindən İqor Ponamaryov 60 illik yubileyini qeyd edir.

Stajlı azarkeşlər 80-ci illər "Neftçi"sinin "9 nömrə"sini yaxşı xatırlayır. Karyerası ərzində ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirən Ponamaryov bununla adını keçmiş SSRİ çempinatının rekordçuları sıyahısına yazdırıb.

Azərbaycan futbol tarixində isə o ilk və hələki son - yeganə olimpiya çempionudur. 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən

Yay Olimpiya Oyunlarında SSRİ yığmasının heyətində qazandığı çempionluqla futbol tariximizə düşüb. 1978-ci ildə SSRİ yığması ilə qazandığı yeniyetmələr arasında Avropa çempionluğu, 1979-da isə vitse-dünya çempionluğu da İqor Anatoliyeviçin karyerasının unudulmaz səhifələridir.

Yəqin ki, əksəriyyət Ponamaryovun dünya futbolunun ulduzu Maradona ilə 2 dəfə meydanda qarşılaşmasından, Argentina yığmasına qol vurmasından, Avropa oynayan ilk futbolçumuz olmasından, "Norçepinq"lə İsveç çempionluğunu qazanmasından məlumatsızdır.

Elə isə diqqətiniz bizdə olsun, Sportinfo.az-la "penaltilər kralı"nın rəngarəng karyerasına nəzər yetirək.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?