Ekşteyn "Səbail"i sevindirdi - Polşa klubu üzərində qələbə

25 Yanvar 17:45 Multimedia 402
Ekşteyn "Səbail"i sevindirdi - Polşa klubu üzərində qələbə

Antalyadakı təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan "Səbail" bu gün son yoxlama oyununa çıxıb. Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Korona" komandası ilə qarşılaşıb.

Bakı vaxtı ilə 16:00-da başlayan matçı Bayıl klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə yeni transfer Hendrik Ekşteyn vurub.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti