Bəhlulun maraq dairəsi: Al Paçino, Maykl Cekson, Lempard - VİDEO

27 Oktyabr 2019 11:55 Multimedia 375
Bəhlulun maraq dairəsi: Al Paçino, Maykl Cekson, Lempard - VİDEO

AFFA-nın rəsmi "facebook" səhifəsində yayımlanan "Otaq yoldaşı" rubrikasının budəfəki qonaqları milli komanamızın üzvləri Təmkin Xəlilzadə və Bəhlul Mustafazadə olub. Sportinfo.az xəbər verir ki. "Sabah" klubunun futbolçuları bir-birilərini nə qədər yaxından tanıdıqlarını müəyyənləşdiriblər.

Məlum olub ki, Bəhlulun ən çox sevdiyi aktyor Al Paçinodur. Futbolçunun telefonunda məhz Hollivud ulduzunun fon şəkli yer alıb. Sən demə, yığmamızın mərkəz müdafiəçisi həm də Maykl Ceksonsayağı rəqs etməyi bacarırmış. Mustafazadənin ilk futbol forması isə üzərində Filippo İnzaginin adı yazıldığı geyim olub. Uşaqlıqda hücumda oynayan Bəhlul italiyalı forvardın oyunundan zövq alırmış. Mustafazə "kiminlə formanı dəyişmək istərdiz" sualını isə belə cavablandırıb: "Uşaqlıqdan "Çelsi" fanatı olduğum üçün təbii ki, Lempard".

Təmkin Xəlilzadənin həyat yoldaşı ilə harada tanış olduğunu, "whatsapp"da ş hərfini necə yazdığını bilmək istəyirsinizsə, o zaman bu videonu izləyin.

Xəbər Lenti
17 Yanvar 22:00 "Bəlkə də son dəfə..."
17 Yanvar 17:50 Ronaldo hamını qabaqladı
17 Yanvar 13:56 "O, ən uyğun adamdır”