"Qarabağ" yarım milyon dolları masanın üzərində qoydu – Bu transfer üçün

29 Dekabr 2023 14:40 Qarabağ 11 975
"Qarabağ" yarım milyon dolları masanın üzərində qoydu – Bu transfer üçün

«Qarabağ»ın Aleksey İsayevi gündəminə aldığını xəbər vermişik.

Ağdam təmsilçisi hazırda «Sabah»ın şərəfini qoruyan yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib.

28 yaşlı orta sahə oyunçusu «Qarabağ»ın çağırışına isti münasibət göstərir. Hər halda o, 3 ildir formasını geyindiyi Masazır klubundan ayrılmağa hazır olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

«Sabah» bu keçidə xeyir-dua versə, minimum 500 min dollar qazanacaq.

«Köhlən atlılar» onlara məhz bu qədər təzminat təklif edir. Danışıqlar bir qədər də uzansa, yəqin ki, «Qarabağ» bu məbləği daha da artıracaq.

AFFA tərəfindən 4 il öncə milliləşdirilən rusiyalı ölkəmizdə öncə «Sumqayıt»ın uğurları üçün tər töküb. «Kimyaçılar» Alekseyi 100 min dollar qarşılığında «Sabah»a satıb.

Onun hazırkı komandasıyla müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti