Daha bir QALMAQALLI AYRILIQ - Super Liqa klubunda

11 İyul 2020 13:40 Milli komanda 788
Daha bir QALMAQALLI AYRILIQ - Super Liqa klubunda

“Dənizlispor”un müdafiəçisi Syam Ben Yussef Super Liqa təmsilçisindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçunun bu qərarı birtərəfli qaydada qəbul etdiyi diqqətə çatdırılıb. Tunisli müdafiəçi müqavilə müddətinin başa çatdığını əsas gətirərək klubdan ayrılıb.

“Dənizlispor” isə FİFA-nın “mövsümün sonuna qədər olan müqavilələrin çempionat tam yekunlaşana qədər keçərli sayılacağı” barədə qərara məhəl qoymayan futbolçudan şikayət etməyə hazırlaşır.

Ben Yussef bu ilin əvvəlində “Kasımpaşa”dan “Dənizlispor”a transfer olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!